460
Cəmiyyət 27 mart — 01:46

Türkiyədə koronavirusdan ölənlərin sayı 75-ə çatdı

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 75-ə yüksəldi.

Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün "Twitter"dəki səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxma halları 1 000-ni ötüb: "Bu gün 7 286 test aparıldı, 1 196 yeni yoluxma aşkarlandı. 16 xəstə öldü. Hazırda ölənlərin ümumi sayı 75, xəstələrin sayı 3 629 nəfərdir".

Xəbərlər