730
Cəmiyyət 23 fevral — 01:25

Rusiyada ağır yol qəzası

Rusiyanın Kalmıkiya Respublikasında beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə respublikanın Çernozemel rayonunun ərazisində, Komsomolski-Artezian avtomobil yolununun 25-ci kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər zərər çəkib. Onlardan beşi dünyasını dəyişib.

Ölənlər arasında uşaq yoxdur.

Qəzanın baş vermə səbəbləri müəyyən edilir.

Xəbərlər