944
Cəmiyyət 19 fevral — 21:00

İranda koronavirusa yoluxan 2 nəfər öldü

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin müşaviri Əlirza Vahabzadə məlumat verib.

"Bu gün Qumda hər iki şəxsə koronavirusa yoluxma diaqnozu qoyulub və onlar eyni virusdan ölüblər", - o qeyd edib.

***16:47

İranın Qum vilayətində iki nəfərin yeni koronavirusa yoluxması ilə bağlı ilk analizlərin nəticələri müsbət elan olunub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, məsələni dəqiqləşdirmək üçün növbəti analizlər aparılmaqdadır.

Cahanpur əlavə edib ki, Qum vilayətində ötən iki gün ərzində yeni koronavirus şübhəsi ilə əlaqədar bir neçə hal müşahidə olunub və şübhəli bilinən şəxslər karantinə alınıb.

Nazirlik rəsmisi şübhəli halların çoxunun qrip olduğunu deyib.

Xəbərlər