355
Cəmiyyət 19 fevral — 15:00

Həccə gedənlərin nəzərinə

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib.

“Report”un əldə etdiyi məlumata görə, sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər var.

Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsaəsn, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti isə 4 490 ABŞ dollarıdır.

Həcc ziyarəti Ramazan bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətini rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Xəbərlər