559
Cəmiyyət 18 fevral — 21:30

“Google” pulsuz internetlə bağlı

ABŞ-ın “Google” şirkəti bu il “Google Station” layihəsinin icrasını dayandıracaq.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Sözügedən layihə inkişaf etməkdə olan ölkələrin pulsuz internetlə təmin olunmasını nəzərdə tuturdu.

"Google" bəyan edib ki, layihənin reallaşdırılmasına başlanıldığı 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə internet xidmətləri bahalı və keyfiyyətsiz olub, bu gün isə vəziyyət xeyli dəyişib, yerli provayderlər bu məsələni yoluna qoyur, mobil internetə çıxmaq asanlaşıb, bütün dünyada rabitənin keyfiyyəti yaxşılaşır. Odur ki, “Google Station” şəbəkəsini daha da genişləndirmək çətindir.

Ötən illər ərzində Meksika, Braziliya, Nigeriya, Tailand, Filipinlər, Hindistan, Vyetmnam, İndoneziya, cəmi 3 ay bundan əvvəl isə Cənubi Afrikada qurulan şəbəkə bütün dünya üzrə 5 mindən artıq hotspotdan ibarətdir. Bunlar il ərzində ləğv olunacaq.

Xəbərlər