530
Cəmiyyət 17 fevral — 15:07

Rusiyada qanunsuz ticarətlə məşğul olan azərbaycanlılar saxlanıldı

Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk-na-Amur şəhərində qanunsuz ticarətlə məşğul olan azərbaycanlılar saxlanılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, son dörd il ərzində xarici vətəndaşların ticarətlə bağlı qanun pozuntuları üzrə 806 inzibati protokol tərtib edilib.

Bildirilir ki, ərazidə ticarətlə bağlı qanunu pozanlar, əsasən Azərbaycan, Qırğızıstan və Tacikistan vətəndaşlarıdır.

Onlar qanunsuz ticarətlə daha çox yaz-yay aylarında məşğul olurlar.

Şəhər administrasiyasının Bazar İstehlak Şöbəsi, eləcə də Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti polislərlə birgə qeyri-qanuni ticarətin qarşısını almaq və günahkarları inzibati məsuliyyətə cəlb etmək üçün daim iş aparırlar.

Xəbərlər