482
Cəmiyyət 16 fevral — 22:00

BNA: Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, avtoqəza əsas yolun metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.

"Bu səbəbdən də qeyd edilən yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir" - deyə, o bildirib.

Xəbərlər