849
Cəmiyyət 15 fevral — 11:36

Qubada dəhşət: 19 yaşlı oğlan atasını öldürdü

Quba rayonunda qətl hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Birinci Nügədi kənd sakini, 2001-ci il təvəllüdlü Mətləb Bəşarət oğlu Şükürov atası, Rusiya vətəndaşı, 1959-cu il təvəllüdlü Bəşarət Ramazan oğlu Şükürovu qətlə yetirib.

Birinci Nügədi kənd bələdiyyəsindən oxu.az-a verilən məlumata görə, kənd camaatı hadisədən səhər saat 5 radələrində xəbər tutub.

“19 yaşlı Şükürov Mətləb Bəşarət oğlu öz atası - 60 yaşlı Şükürov Bəşarət Ramazan oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni hansı səbəbdən törətdiyini bilmirik.

Ailədə heç bir münaqişə olmayıb. Atası Rusiya vətəndaşı idi və kəndə dünən gəlmişdi. Səhər saat 5 radələrində məsələdən xəbər tutduq. Hazırda araşdırma aparılır”, - bələdiyyə sədri Babək Orucov sayta açıqlamasında vurğulayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərlər