695
Cəmiyyət 14 fevral — 16:07

Badamdarda yenə sürüşmə oldu

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub. Virtualaz.org xəbər verir ki, sürüşmə Badamdar şosesinin yaxınlığında qeydə alınıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisləri ərazidə monitorinq aparırlar.

Nazirliyin Milli geoloji kəşfiyyat xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov virtualaz.org-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda sürüşmə ilə bağlı aktivliyin həcmi dəqiq müəyyən olunacaq: “Sürüşmə kütləsi üzərində monitorinq davam etdirilir. Günün ilk saatlarından etibarən kütlə üzərində qismən dəyişiklik müşahidə olunur. Təbii ki, bunu miqyası və həcmi monitorinqlər yekunlaşandan sonra məlum olacaq. Hazırda monitorinqlər davam etdirilir. İlkin olaraq deyə bilərik ki, sürüşmə kütləsinin üzərində böyük ajiotaj yaradan aktivlik müşahidə olunmur”.

Qeyd edək ki, bu il yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş vermişdi. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlamışdı.

Gülnar Əliyeva

Virtualaz.org

Xəbərlər