879
Cəmiyyət 14 fevral — 12:30

27 yaşlı Natella Rüstəmova Türkiyədə intihar etdi

Türkiyənin Manisa vilayətində 27 yaşlı azərbaycanlı Natella Rüstəmova intihar edib.

Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saat 18.00-da Turqutlu qəsəbəsində, Atatürk məhəlləsində yerləşən binada baş verib. Evli və bir uşaq anası olan N. Rüstəmovanı evin tavanından asılmış vəziyyətdə həyat yoldaşı işdən gələrkən tapıb.

Əraziyə polis əməkdaşları çağırılıb, faktla bağlı araşdırmalara başlanılıb.  Meyit ölüm səbəbinin araşdırılması üçün İzmir Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə aparılıb.

Virtualaz.org

Xəbərlər