342
Cəmiyyət 28 yanvar — 19:55

Su sayğaclarını oğurlayanlar yaxalandı

Qaradağ rayonunda 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən verilmiş məlumatda deyilir.

Belə ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və Bakı Telefon MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.

Xəbərlər