217
Cəmiyyət 27 yanvar — 10:46

Gəncədə gözəllik salonu yandı

Gəncə şəhərində gözəlik salonunda yanğın olub.

Şəhərin Nizami Gəncəvi prospekti ərazisində, Zabitlər evinin yaxnlığında ümumi sahəsi 24 kvadratmetr olan gözəllik salonunda baş vermiş yanğın artıq söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmasa da, gözllik salonunun içərisində olan əşyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq. (report)

Xəbərlər