217
Cəmiyyət 26 yanvar — 23:24

Sabahdan seçki bülletenlərinin çapına başlanacaq

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunacaq.

Məlumatda o da vurğulanıb ki, Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.

Xəbərlər