255
Cəmiyyət 26 yanvar — 20:57

Zelenski 2019-cu ildə 97 nəfəri əfv edib

Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə 97 vətəndaşı əfv edib.

“Report”un məlumatına görə, bu barədə Ukrayna Prezidentinin ofisindən məlumat verilib.

"Ukrayna Prezidenti V.Zelenskinin fərmanları ilə 2019-cu ilin 28 mayından 28 dekabrına qədər 97 nəfər əfv edilib", - deyə dövlət başçısının ofisinin "Ukrayna xəbərləri" agentliyinin sorğusuna cavabında bildirilib.

Qeyd edilib ki, əfv edilənlərdən 11-i qadın və 86-sı kişidir. Bağışlanılanlardan neçəsinin xarici dövlətlərin vətəndaşları olması barədə informasiya verilməyib.

Xəbərlər