419
Cəmiyyət 25 yanvar — 23:16

Türkiyədə prokurorluq zəlzələ ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Elazığ vilayətində baş verən dəhşətli zəlzələdən sonra sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı araşdırma aparılır.

Virtualaz.org yerli KİV-lərə istinadən bildirir ki, Ankara prokurorluğu təxribat xarakterli məlumatlarla bağlı təhqiqata başlayıb.

Yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı bildirilib.

Xəbərlər