693
Cəmiyyət 25 yanvar — 11:50

Bakıda sərnişin avtobusu körpüdən aşdı

Bakıda ağır yol qəzası baş verib.

Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub. Toqquşmadan sonra sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (trend)

Xəbərlər