733
Cəmiyyət 19 yanvar — 14:44

Səhər saatlarından İqbal Ağazadənin qərargahına seçici axını...

Ümid partiyası qərargahının və təşviqat qruplarının üzvləri bu günə planlaşdırılan işləri müzakirə ediblər.

Qərargah rəhbəri Səməd Hətəmov təşviqatın ənənəvi metodlarını xatırladıb, qruplara yeni təşviqat taktikalarını izah edib. Qruplar fərdi şəkildə təlimatlandırılıb.

Ş.Hətəmovun sözlərinə görə, iki günlük fəal təşviqatın nəticələri bir daha sübut edir ki, Xətai rayonunun 35-ci seçki dairəsində İqbal Ağazadənin rəqibləri yoxdur: “Bunu son iki gündə qərargaha, seçki kampaniyasında iştirak etmək üçün müraciət edənlərin sayının nə qədər çox olduğunun, Mehmandarov küçəsi və Gəncə prospekti sakinlərinin Ümid partiyasının sədri ilə görüşə necə gəldiklərinin şahidi olduğum üçün deyirəm”.

Xəbərlər