Masallı və Yevlaxda fərdi evlərdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Masallı rayonunun Şıxlar kəndində ümumi sahəsi 192 m² olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yevlax şəhərində isə ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyü 40 m² sahədə yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 2 m² sahədə qarsalanıb.
Hər iki halda evlərin qalan hissələri yanğından mühafizə olunub və alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.