593
Cəmiyyət 18 yanvar — 23:50

Gənc oğlandan anasına qarşı dəhşətli əməl

ABŞ-da oğul anasını şəxsi hesabından pul çəkməyə məcbur edərək daha sonra ona atəş açıb.

Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, gənc anasından onun maddi çətinliklərini həll etməsini istəyib. Getdiyi yerə tələsən ana oğlu ilə söhbət etmək istəməyib. Qəzəblənən övlad silahı çaxaraq anasının başına dirəyib.

Anasının pullarına sahib olacağını deyən oğul əvvəlcə onlayn qaydada hesabda olan pulun miqdarını yoxlayıb, sonra isə anası ilə bərabər yaxınlıqda yerləşən bankların birinə yollanıb.

Hesabından pullarını çəkən ana pıçıltı ilə bankda çalışan işçilərdən polisi çağırmağı xahiş edib. Pul vəsaitini övladına təqdim edən ana bankda qalmaq istədiyi deyib. Qəzəblənən oğul anasına üç dəfə atəş açıb.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polis cinayətkarı saxlayıb.

Xəbərlər