255
Cəmiyyət 18 yanvar — 01:50

Bakıda avtomobil piyadanı vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Ağa Nemətulla küçəsində 31 yaşlı Hacıyev Orxan Əli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. (report)

Xəbərlər