352
Cəmiyyət 17 yanvar — 15:22

YAP pulsuz efir vaxtından imtina etdi

Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində İctimai Televiziyada pulsuz efir vaxtından imtina edib.

Trend-in məlumatına görə, partiya bu addımı bütün namizədlərə bərabər şərait yaratmaq məqsədilə atıb.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır, o cümlədən dövlətdən maliyyələşən dövri mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır.

YAP-ın deputatlığa 123 namizədi qeydə alınıb.

Xəbərlər