732
Cəmiyyət 15 yanvar — 16:40

Azərbaycana elektriklə işləyən taksilər gətiriləcək

“Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir”. 

Virtualaz.org xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin qəbulunda deyib.

O, bildirib ki, qarşıdakı 3 ay ərzində ölkəyə yeni taksilər gətiriləcək: “Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” var. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”. 

Virtualaz.org

Xəbərlər