365
Cəmiyyət 15 yanvar — 14:57

Mərdəkanda işlədiyi zoomarketə basqın etdi, saxlanıldı

Paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub.

Daxili İşlər Nazirliyindən (DİN) virtualaz.org-a verilən məlumata əsasən, naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər.

Bildirilir ki, məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib.

Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar.

Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsalar da polislər onların izinə düşə biliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

Xəbərlər