443
Cəmiyyət 14 dekabr — 17:56

Növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb.

Virtualaz.org bildirir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl 3 siyasi partiyanın – Yeni Azərbaycan Partiyasının, Ümid və Vətəndaş Həmrəyliyi partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.

Xəbərlər