261
Cəmiyyət 12 dekabr — 17:42

Kürdəmirdə iki uşaq anası itkin düşdü

Kürdəmir rayonunda iki uşaq anası itkin düşüb.

Hadisə Qarabucaq qəsəbəsində qeydə alınıb. Belə ki, həmin qəsəbənin sakini Leyla Kamran qızı Həsənova dekabrın 11-də axşam saatlarında uşaqların paltarlarını yumaq adı ilə evdən çıxıb və geri qayıtmayıb. Ev sakinləri gəlinin gəlmədiyini görüb, onu axtarmağa başlayıb, daha sonra isə polisə müraciət ediblər.

Qeyd edək ki, L.Həsənova bir neçə il öncə Mingəçevir şəhərindən Kürdəmir rayonuna gəlin gəlib. Hazırda onun həyat yoldaşı Vasif Asif oğlu Həsənov Gürcüstan Respublikasında həbsdədir. Onların iki azyaşlı uşaqları - 5 yaşlı Əli və 4 yaşlı Həsən isə baba və nənənin himayəsində qalıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)

Xəbərlər