299
Cəmiyyət 12 dekabr — 16:15

Tacikistanda fərdi qaydada qızıl, gümüş və qiymətli daşların çıxarılmasına icazə verildi

Tacikistanda fərdi qaydada qızıl, gümüş və qiymətli daşların çıxarılmasına icazə verilib.

AzərTAc bildirir ki, dövlət balansında olmayan sahələrdə yerli hakimiyyət orqanlarından icazə sənədi almaqla qazıntı işləri aparmaq olar.

Fiziki şəxslərin qazıntı aparacaqları vadilər, çay kənarları, dağ ətəkləri Tacikistanın Baş Geologiya İdarəsi tərəfindən müəyyən olunacaq.

Çıxarılmasına icazə verilən əlvan və qiymətli metallar arasında qızıl, gümüş, platin, volfram, titan, qalay, loparit, monasit, basnezit və ksenotim var.

Qiymətli və yarımqiymətli daşlardan rubin, sapfir, xrizolit, topaz, berill, nefrit, aqat, kvars qrupu, sürmə və s. çıxarmağa icazə verilib.

Qazıntı işlərində kimyəvi reaktivlərdən istifadə etmək qadağandır.

Fiziki şəxslər əldə etdikləri qiymətli metalı və ya daşı xüsusi məntəqələrə, yaxud da Maliyyə Nazirliyinin Dövlət Xəzinəsinə sata bilərlər.

Xəbərlər