2306
Cəmiyyət 11 dekabr — 13:16

“Eurohome” da malları yananlar yolu kəsməyə çalışır, maşınlara hücum edir

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yanğın baş verən “EuroHome” ticarət mərkəzinə gedib.

Bu barədə Binəqədi Rayon İcra hakimiyyətindən bildirilib.

İcra başçısının hazırda zərərçəkən sahibkarların şikayətini dinlədiyi bildirilir.

Qeyd edək ki, az öncə sahibkarlar yanan ticarət mərkəzinin önünə yığışaraq, dəyən ziyana görə kompensasiya ilə bağlı rəsmi şəxslərlə görüş istəmişdilər.

*   *   *12:25

“Eurohome” ticarət mərkəzində ötən gün baş vermiş yanğın nəticəsində malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlamağa cəhd edib.

 BAKU.WS xəbər verir ki, tikinti materiallarının satıldığı bazarda baş verən yanğın zamanı maddi ziyana düşən sahibkarlar öz etirazlarını bildirmək üçün belə bir yola əl atıblar.

Şahidlərin çəkdiyi görüntülərdən aydın olduğu kimi ticarətçilərin bir qrupu yolun kəsmək istəyir. Hətta, bununla razılaşmayan bir sürücüyə hücum çəkib döyməyə çalışırlar. Narazı kütlə maşınların şüşəsinə yumruq atır, sürücülərin avtomobili saxlamasını tələb edirlər. 

Nəticədə hərəkətin onsuz da sıx olduğu magistral yolda böyük tıxac yaranıb. Sahibkarlar yanğın nəticəsində ağır maddi itkilər verdiklərindən və banka olan kredit borclarını ödəyə bilmədiklərindən şikayət ediblər. Hələlik "Eurohome" ticarət mərkəzinin sahibi olduğu deyilən Azay Möhnətov ötən gün baş vermiş hadisə haqda şərh verməyib, ticarətçilərin aqibətlərinin necə olacağına aydınlıq gətirməyib.

Virtualaz.org

Xəbərlər