439
Cəmiyyət 10 dekabr — 10:30

Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırıldı

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən virtualaz.org-a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb: "Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".

Xəbərlər