158
Cəmiyyət 9 dekabr — 22:16

Axtarışda olan keçmiş məhkum narkotiklə tutuldu

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülüb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Xəbərlər