363
Cəmiyyət 9 dekabr — 14:44

Azərbaycanlı qadını Rusiyada soydular

Rusiyanın Leninqrad vilayətinin Tosnenks rayonunda mənzilə basqın etmiş şəxslərlə bağlı yeni təfərrüatlar məlum olub.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, əslən azərbaycanlı olan ev sahibindən telefon, suvenir tapança və qiymətli statuetka aparan “çağırılmamış qonaq”lar elə öz həmyerliləri olub. Hadisəni törətməkdə ittiham olunan dörd nəfər saxlanılıb. Onlardan ikisi – 38 və 44 yaşlı əslən Ermənistandan olan Rusiya vətəndaşı, ikisi isə - 35 və 48 yaşlı Azərbaycan vətəndaşlarıdır. Təqsirləndirilən şəxslər barəsində Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, cinayət hadisəsi ötən gün Tosnensk rayonunun Telman qəsəbəsindəki 25 nömrəli evdə baş verib. Soyğunçular mənzilin qapısını ədəb-ərkanla döyüblər. Ev sahibi qapını açan kimi isə içəri soxulublar, pul, qızı-zinət əşyaları tələb ediblər. Bu azmış kimi quldurlar evdəki gənc qadına da hədə-qorxu gəliblər, onu odlu silahla və bıçaqla qorxudublar.

Üzlərini gilətməyə çalışan soyğunçular öz aralarında azərbaycanca danışıblar. Bir müddət əvvəl Peterburqda pulları əlindən alınan ev sahibi isə quldurları o saat tanıya bilib.

Soyğunçular mənzil sahibinə ümumilikdə 73 min rubl ziyan vurublar.

Faktla bağlı cinayət işi açılb, araşdırma aparılır.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər