389
Cəmiyyət 8 dekabr — 17:02

İsmayıllıda ağır qəza: ölən və xəsarət alanlar var

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report” bildirir ki, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər - Diyalı kənd sakini, 1991-ci il təvəllüdlü Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər, İsmayıllı rayon sakinləri-1978-ci il təvəllüdlü Süleymanov Ramil Məhəmmədağa oğlu, 1982-ci il təvəllüdlü Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayılov İlkin İkram oğlu xəsarət alıblar.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər