313
Cəmiyyət 8 dekabr — 10:50

Bu gün SAT imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçirilir.

DİM-dən virtualaz.org-a verilən məlumata görə, imtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayıb. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Xəbərlər