420
Cəmiyyət 7 dekabr — 21:07

Salyanda “07” qaz xəttinə çırpıldı, sürücü xəsarət aldı

Bu gün axşam saatlarında Salyan rayonunun Yenikənd kəndinin “Erevanlılar” məhəlləsi deyilən ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, 25 yaşlı kənd sakini Həmid Kamil oğlu Talışının idarə etdiyi 10 XH 547 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobilinin kəndi təmin edən qaz xəttinə çırpılması nəticəsində sürücü kəllə-beyin xəsarətləri alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər