142
Cəmiyyət 3 dekabr — 14:40

Azyaşlılara siqaret satanlar cərimələndi

Bakıda azyaşlılara tütün məmulatı satanlar cərimələnib.

Virtualaz.org xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı rayon polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər zamanı mağazalarda satıcıların azyaşlılara tütün məmulatı satması faktları aşkarlanıb. Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə protokollar tərtib olunub. Hazırda reydlər davam etdirilir.

Qeyd edək ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Xəbərlər