180
Cəmiyyət 3 dekabr — 11:35

FHN əməkdaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirməkdə ittiham olunan 49 yaşlı Sumqayıt şəhər sakini Şəmsəddin İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 12-ə təyin edilib. Qeyd edək ki, qətl hadisəsi bu ilin may ayınən 8-də baş verib.

Ş.İbrahimov Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi 35 yaşlı Emin Kərimovla şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki dəfə zərbə endirib.

E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Virtualaz.org

Xəbərlər