245
Cəmiyyət 2 dekabr — 23:20

50 mobil telefonu üzərində keçirmək istədi

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21074" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

DGK-dan virtualaz.org-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində gizlətdiyi 15 ədəd "Kgtel B360", 10 ədəd "X-İnova 360", 15 ədəd "Kgtel E 1200", 5 ədəd "Odsen 6303" markalı və 5 ədəd adı qeyd olunmayan mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər