206
Cəmiyyət 2 dekabr — 17:36

Gürcüstanda 2 balıqçı itkin düşdü

Gürcüstanın Qardabani rayonunda yerləşən Candargöldə iki balıqçı itkin düşüb.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb. Bildirilib ki, güclü külək balıqçıların olduğu qayığı aşırıb. Hazırda göldə xilasetmə qrupu iş aparır.

Axtarış-xilasetmə əməliyyatına Gürcüstanın Sərhəd Polisinin helikopteri cəlb olunub.Balıqçıların yaxınları onların gölün Azərbaycan hissəsində olduğunu güman edirlər. Artıq balıqçıların axtarışlarına Azərbaycan tərəfindən helikopter də cəlb olunub.

Belə ki, axtarış-xilasetmə əməliyyatında iki helikopter iştirak edir.

Xəbərlər