839
Cəmiyyət 2 dekabr — 19:53

Deputata sui-qəsd cəhdi

Ukrayna polisi Kiyev Vilayət Şurasının deputatı, iş adamı Vyaçeslav Sobolevin 3 yaşlı oğlu Aleksandrın güllələnməsində şübhəli bilinən 2 nəfəri saxlayıb.

Bu barədə Ukrayna DİN-in saytında yazılıb:

“Polis uşağın öldürülməsində şübhəli bilinən 2 nəfəri yaxalayıb. Hazırda əməliyyatçılar və müstəntiqlər onlarla danışır. Təcili təxirəsalınmaz istintaq tədbirləri görülür”.

Daxili İşlər nazirinin müavini Anton Qeraşşenko “112 Ukrayna” kanalının efirində açıqlama verərək bildirib ki, qətl sifarişli olub və cinayət deputat Sobolyevə qarşı düşmənçilik zəminində törədilib.

Sobolevin avtomobili bu gün Kiyevin mərkəzində gülləbaran edilib. Nəticədə deputatın maşında olan 3 yaşlı oğlu Aleksandr aldığı güllə yarasından dünyasını dəyişib.

*   *   *12:10

Ukrayna paytaxtının mərkəzində Kiyev Vilayət Şurasının deputatı, “Objora” restoranlar şəbəkəsinin rəhbəri Vyaçeslav Sobolevin avtomobili naməlum şəxs tərəfindən atəşə tutulub.

Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə Kiyev polisi məlumat yayıb.

Bildirilir ki, silahlı hücum nəticəsində deputatın üç yaşlı oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda keçinib. İş adamına silahlı hücum Kiyev şəhərinin Leo Tolstoy küçəsi ilə Tarasovskaya küçəsinin kəsişməsində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərlər