119
Cəmiyyət 22 noyabr — 12:25

Türkiyədə daha 92 hərbçi barəsində saxlanılma qərarı verildi

Türkiyə Hərbi Hava Qüvvələrinə qarşı keçirilən FETÖ istintaqı çərçivəsində 92 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb. Keçirilən əməliyyatlar nəticəsində 53 nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib.

Barəsində saxlanılma qərarı çıxarılan hərbçilərdən ikisinin leytenant olduğu qeyd edilib.

Xəbərlər