235
Cəmiyyət 21 noyabr — 23:14

Əcnəbi vətəndaşın pulunu apardılar

Bakıda əcnəbi vətəndaşın pulunu aparıblar.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aprılır.

Xəbərlər