335
Cəmiyyət 18 noyabr — 01:12

Bakı-Quba yolunda qəza

Bakı-Quba yolunda qəza baş verib.

Hadisə Bakı-Quba yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAz” markalı yük maşını ilə “Vaz 21010” markalı avtomobil toqquşub. Qəza nəticəsində ağır xəsarət alan şəxslərdən Günay və Oksana adlı iki qadın həkimlərin səyinə baxmayaraq, vəfat ediblər. Digər yaralının da vəziyyəti ağırdır.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Xəbərlər