211
Cəmiyyət 15 noyabr — 17:37

Azərbaycan millisi ilə oyun üçün Bakıya 1200 nəfər uelsli azarkeş gəlib

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Böyük Britaniya Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri James Sharpla görüşüb.

Virtualaz.org bildirir ki, görüşdən məmnunluğunu ifadə edən tərəflər AFFA ilə İngiltərə Futbol Assosiasiyası arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Avropa çempionatının 60 illiyinə həsr olunmuş Avro-2020-nin təşkil olunacağı şəhərlərlə bağlı Böyük Britaniya ilə Azərbaycan arasında da kəsişmə nöqtələri var. Bakı Olimpiya Stadionunda AÇ-nin A qrupunun 3 və 1/4 final mərhələsinin 1 oyunu, İngiltərənin paytaxtı Londonda D qrupunun 3, 1/8 final mərhələsinin 1 matçı, hər iki yarımfinal qarşılaşması və final görüşü, Şotlandiyanın Qlazqo şəhərində isə D qrupunun 3 oyunu və 1/8 final mərhələsinin 1 qarşılaşması təşkil olunacaq. Oyunlara hazırlıq prosesinin müzakirə olunduğu görüşdə azarkeşlərin qeyd edilən Avro-2020 qarşılaşmalarında rahat iştirakının təmin olunmasının vacibliyi də vurğulanıb.

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sabah “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels oyununun da britaniyalı azarkeşlərin diqqət mərkəzində olduğu və bu qarşılaşmanı izləmək üçün Bakıya 1200 uelsli azarkeşin gəldiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.

Xəbərlər