183
Cəmiyyət 15 noyabr — 12:20

Ölkəyə qanunsuz dərman keçirmək istədi

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla xeyli miqdarda dərman preparatının ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıb.

Komitədən virtualaz.org-a verilən məlumata görə, əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Nəqliyyat vasitəsinin yoxlanması zamanı yük yerində 48 ədəd üzərində "Ovitrelle 250 mcg/05 ML", 1 456 ədəd "Paxıl 20 mg", 600 ədəd "Biosteron Dhea 25 mg", 1 344 ədəd "Nexium 20 mg", 1470 ədəd "Nexium 40 mg", 2016 ədəd "Estrofem 2mg", 3000 ədəd "Roaccutane 20 mg", 1 530 ədəd "Roaccutane 10 mg", 2 000 ədəd "Anti-fosfat cc 500 mg", 990 ədəd "Progestan 200 mg", 1 600 ədəd "Anti-asidoz 500 mg", 112 ampula "Devit-3300000 I. U/ ml", 2 800 kapsul "Hydrea 500 mg" yazılan dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər