274
Cəmiyyət 14 noyabr — 23:38

Bakıda ata və oğlu bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 51 yaşlı Qaybalıyev Salman Allahverdi oğlu və oğlu 26 yaşlı Qaybalıyev Davud Salman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Qaybalıyevə sol budun deşilmiş yarası, D.Qaybalıyevə isə qarnın sıyrılmış yarası diaqnozu qoyulub.

Fakla bağlı araşdırma aparılır.

Xəbərlər