1984
Cəmiyyət 14 noyabr — 07:39

Sensasiya: Əlövsət Əliyev və bir qrup müsavatçı Almaniyada həbs olundu

7.35

Almaniyadakı mötəbər qaynaqlardan virtualaz.org-a məlum olub ki, saxlanılanlar Azərbaycan parlamentinin keçmiş deputatı Sabir Rüstəmxanlının qardaşı, DİN-in eks polkovniki Əlövsət Əliyev və Müsavat partiyasının fəalı Mehdi Xəlilbəylidir.

Ən paradoksal olanı budur ki, Əlövsət Əliyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən də analoji cinayətlərdə ittiham olunurdu. Lakin o, Almaniyaya qaçıb və orada siyasi mühacir statusu alıb. Doğrudanmı Əliyev Almaniya ərazisində də öz əməllərini davam etdirməli idi ki, bu ölkənin hökuməti “ədalət işi uğrunda mübarizin” fəaliyyətinin qanunsuz xarakterinə əmin olsun?

Bu gün səhər saatlarında məlum olub ki, alman polisinin keçirdiyi əməliyyat zamanı saxanılanların sayı artıb. Müsavat partiyasının daha 7 fəalı tutulub və onların Almaniya ərazisində miqrant alveri məqsədi ilə mütəşəkkil cinayətkar qrup yaratdıqları məlum olub.

 Belə ki, Almaniyanın məhkəmə orqanlarının qərarı ilə Müsavatın Avropa Koordinasiya Şurasının sədri İlkin Həsən, bu şuranın sədr müavini Mehdi Xəlilbəyli, Müsavat fəalı Abdin Cavadov, “siyasi mühacir” Rəşad Məmmədov, Elşən Abdullayev, Azərbaycanın Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Elçin Əkbərov da saxlanılanlar arasındadır. Saxlanılanların barəsində 6 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin yaşları 49 və 58 olan iki üzvü saxlanılıb.

Almaniya Federal Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub.

Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı (hələlik adları açıqlanmır-red) saxlanılıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada  Azərbaycan Respublikasına aid çoxlu sayda milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda miqrant alverçilərinə qarşı əməliyyat davam etdiyindən saxlanılanların sayı və kimlikləri barədə yaxın saatlarda ətraflı məlumat veriləcək.

virtualaz.org

Xəbərlər