204
Cəmiyyət 13 noyabr — 21:05

Azərbaycanlı Ukraynada saxta sənədlə yaşayış icazəsi almaq istədi

Ukraynanın Enerqodar şəhərində Azərbaycan vətəndaşı yaşayış icazəsi almaq üçün Miqrasiya İdarəsinə müraciət edib.

Virtualaz.org bildirir ki, azərbaycanlı sənəd qismində Azərbaycandan aldığı doğum haqqında şəhadətnaməni təqdim edib və başqa sənədi olmadığını deyib.

Bildirilir ki, onun 1981-ci ildə doğulmasına baxmayaraq, sənədin 1973-cü ilə aid olduğu müəyyən olunub. O, saxta sənəd istifadə etdiyinə görə cərimə ödəməyə məcbur edilib və Ukraynadan deportasiya olunub.

Xəbərlər