178
Cəmiyyət 9 noyabr — 17:10

Səhiyyə Nazirliyi adından dərman reklamı məsələsinə aydınlıq gətirildi

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyinin adından istifadə edərək arıqlamaq əleyhinə dərmanlar reklam edilir. Əhalini inandırmaq üçün nazirliyin adı yazılmış blank və şəkil də yerləşdirilib. Şəkildəki şəxs Respublika Diaqnostika Mərkəzinin müdiri, alim kimi təqdim edilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, nazirlik heç bir dərman reklam etmir, üstəlik Respublika Diaqnostika Mərkəzində Yaşar Abasov adlı müdir, həkim işləmir.

Nazirlik sözügedən reklamın yayımına görə məsuliyyət daşımır və əhaliyə ehtiyyatlı olmağı tövsiyyə edir.

Virtualaz.org araşdırıb ki, şəkildəki şəxs Rusiyada çalışır, uşaq onkoloqu Mamed Əliyevdir. Dələduzlar dərman satışı üçün əhali aldadılır.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər