115
Cəmiyyət 9 noyabr — 15:35

Göyçay və Balakəndə yanğın

Göyçay rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 35 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 1 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, tövləyə bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 80 kq xurma qurusu yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər