305
Cəmiyyət 8 noyabr — 21:05

Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları

Son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərin dəyişdirilməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb.

O bildirib ki, buna səbəb həmin ərazidə olan şadlıq saraylarının sayının çoxluğudur: "Həmin ərazidə fəaliyyət göstərən Cənnət, Xan bağı, Xan sarayı, Madonna, Milord, Hissa, Grace Hall, Ayla şadlıq sarayları, Səhər mehi və Kometa restoranlarında tullantıların miqdarı normadan artıq olub.

Binəqədi rayonunda Sonalar sonası, Qızıl tac, Şahənşah, Mələk, Oğuz xan, Al saray, Amor, Röya, Xətai rayonunda Fəridə, Elgün, Neapol, Movida, Mirana, Leyla, Şəhzadə, Nərimanov rayonunda Şuşa, Su sonası şadlıq sarayları, Orman, Xankəndi, İsa bulağı restoranları, Sumqayıt şəhərində Qubadlı, Dan ulduzu, Şəhanə, Tural, Nurlan və Dədə Qorqud, Abşeronda Qarabağ, Ülvi, Səmayə və Sultan, Gəncə şəhərində Firuzə, Tural və Şəhzadə şadlıq saraylarıdır".

Nazirlik rəsmisi şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edib. O deyib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq: "İstehsalat müəssisələri kimi iaşə obyektlərində də mühafizə zolağı olmalıdır. Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı da müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlamalı, restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa biz onların fəaliyyətini dayandıra bilərik və dayandırmalıyıq".

Xəbərlər