160
Cəmiyyət 8 noyabr — 14:13

Tacikistanda sərhəd zastavasına hücum edənlərin şəxsiyyəti müəyyənləşdi

Noyabrın 6-da Tacikistanın “İşkobad” sərhəd zastavasına hücum edən 20 nəfər İŞİD terrorçusunun əksəriyyətinin ölkənin Soğd vilayətinin sakinləri olduqları müəyyənləşib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu  jurnalistlərə Tacikistan Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Umarjon Emamali deyib.

O bildirib ki, Əfqanıstan ərazisindən Tacikistana hücum edən İŞİD terrorçularının arasında qadınlar da olub. Onlar Tacikistan ərazisində terror aktları törətmək üçün Əfqanıstanın Kunduz əyalətindən göndəriliblər.

Terrorçuların Tacikistan ərazisinə hücumu ilə bağlı terrorizm və qəsdən adamöldürmə maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

Xatırladaq ki, Əfqanıstan ərazisindən Tacikistana hücum edən 20 İŞİD terrorçusundan 15-i zərərsizləşdirilib, 5-i isə ələ keçirilib.

Xəbərlər